Sosial
Şəmkir sakinində silah aşkarlandı
Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Xəyal Hüseynov saxlanılıb. Polis Şöbəsində X. Hüseynovun üzərinə baxış keçirilən zaman bir ədəd qundağı və lüləsi kəsilmiş, 16 kalibirli “TOZ” markalı tüfəng aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon ərazisindəki boş sahələrin birində içərisində bir ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid bir ədəd daraq və 96 ədəd 5.45 mm-lik patron aşkar edilərək götürülüb.
Polis əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri profilaktiki tədbirləri nəticəsində 5 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb. Həmin silahlar müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

















.jpg)







.jpg)






.jpg)




