Sosial
Əhmədin Psixiatriya Xəstəxanasına yerləşdirilməsinin DETALLARI - VİDEO

Xəbər verdiyimiz kimi, Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.
Publika.az xəbər verir ki, O, 20 gün müddətində burada stasionar qaydada saxlanılacaq və müddətin psixi vəziyyəti ilə bağlı ekspertiza rəyi veriləcək.
Mövzu ilə bağlı danışan tanınmış psixiatr, ümumi və məhkəmə psixiatriyası üzrə beynəlxalq eskpert Nadir İsmayılov deyir ki, tibb müəssisəsində təyin edilmiş ekspertiza Əhməd Əhmədovun psixi xəstə olub-olmamasını müəyyənləşdirəcək.
Onun sözlərinə görə, ekspertiza şübhəli ilə söhbət əsnasında cinayəti anlaqlı və ya anlaqsız vəziyyətdə törətməsini öyrənəcək.
Psixiatr onu da vurğuladı ki, xəstə olub ekspertizaya cəlb edilən adamların sadəcə 10-15%-i anlaqsız hesab olunaraq xəstənaya müalicə üçün göndərilir. Qalanları anlaqlı sayılır və öz cəzalarını çəkir.
Əhməd Əhmədovun cinayəti anlaqlı vəziyyətdə törətdiyi müəyyən olunarsa, o, həbs olunacaq. Əgər onun cinayəti anlaqsız vəziyyətdə törətdiyi aşkarlanarsa, ciddi şöbədə məcburi müalicəyə göndəriləcək.

-
Avropa09:00
Makron Pas-de-Kaledə villa satır - Hər ay redit ödəyir
-
Magazin206:16
Nəsrin tərəf müqabili ilə eşq yaşayır? - FOTO
-
Avropa02:12
Bu ölkədə dünyanın ən böyük yeraltı termal gölü tapıldı
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun
-
Sosial11 Fevral 23:36
Vəfat edən şəxsin pensiya kapitalını bu şəxslər ala bilər
-
Magazin211 Fevral 23:12
25 yaşlı parlayan ulduz Merilin Monro rolunda - FOTO
-
İdman11 Fevral 21:48
Kadi qayıdışını qolla qeyd etdi - VİDEO
-
Magazin111 Fevral 21:24
Əməkdar artist bu restorandan qovuldu - FOTO