Sosial
“Faciədən zəfərə: Tarixin ədaləti”
Bu gün soyuq qış gününün sakit sükutunda, Azərbaycan bəşəriyyətin bünövrəsini sarsıdan bir faciəni xatırlayır. 1992-ci il fevralın 26-da Ermənistan ordusunun qəsdən və qəflətən hücumu, ağlasığmaz vəhşiliyi, etnik təmizləmə siyasəti nəticəsində Xocalı şəhərinin dinc əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər sağlamlıq imkanlarını itirmiş, 1275 nəfər dinc sakin— qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca idi. 8 ailə bütövlükdə məhv edilərək, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Onların fəryadlarının əks-sədası hələ də Xocalı şahidlərinin qulaqlarından getmir.
Bu sözləri Publika.az-a müsahibəsində “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı deyib.
Şahin Rəhmanlı qeyd edib ki, tarixin səhifələrinə qara ləkə kimi düşmüş Xocalı soyqırımı ölçüyəgəlməz insan qəddarlığının ən acı nümunəsi kimi dayanır. 30 ilə yaxın həmin torpaqlar erməni işğalı altında qaldı. Lakin 2023-cü ilin sentyabrında Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu sarsılmaz qətiyyət və cəsarətlə dövlət suverenliyini bərpa etdi, separatçıları qovdu və regionda sülhü bərpa etdi. Düşmən öz arzusuna çata bilmədi. Bizi bu torpaqlardan silməyi bacarmadı. Bu gün şanlı Azərbaycan Bayrağı Xocalıda qürurla dalğalanır. 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində Xocalı qurbanlarının qisası alındı.
“Xocalı soyqırımı qurbanlarının ruhu nəhayət ki, gec də olsa ədalətin bərqərar olduğu üçün rahatlaşa bilər. Lakin onların hayqırtıları zamanın dəhlizlərində əks-səda verir, ədalətə çağırır, dünyanı onların əzablarını xatırlamağa və belə bir faciənin bir daha təkrarlanmamasını təmin etməyə səsləyir.
Bu gün Xocalı soyqırımının ildönümündə itirilən həyatları, dağılan ailələri və erməni vəhşiliyinin qurbanlarını yad edərkən, təkcə Xocalıda deyil, ədalətsizliyin hökm sürdüyü dünyanın hər yerində günahsız insanların qətlə yetirilməsini pisləməliyik.
Gənclərlə iş sahəsində çalışdığımız üçün onlara səslənirəm: Əziz gənclər, gəlin ədalət çağırışına hamılıqla qoşulaq, həmrəy olaq və Xocalı soyqırımı qurbanlarının səsinin hər yerdə eşidilməsini təmin edək. Çünki Xocalıya tam şəkildə hüquqi qiymət verilməsi təkcə soyqırımı qurbanlarının ruhunu şad etməyəcək, yalnız haqq-ədalətin bərqərar olmasını təmin etməyəcək, həm də sülhün, ədalətin və insanlığın hökm sürdüyü yeni bir dünya düzəninin müjdəçisi olacaq”, - deyə Şahin Rəhmanlı bildirib.
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi