Sosial
Zabuxda ilk tibb məntəqəsi açıldı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Laçın rayonu Zabux kənd həkim məntəqəsinin açılışı olub.
Publika.az xəbər verir ki, açılış mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Hüseyn Quliyev, TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov, Şərqi Zəngəzur İqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məsul şəxsləri, Laçın Rayon Mərkəzi Xəstəxanasına direktoru Orxan Cəbrayıl, “Laçın Abadlıq Xidməti” MMC-nin direktoru Nəsimi Ağayev, kənd icra nümayəndəsi, sakinlər, ziyalılar və tibb işçiləri iştirak ediblər.
Laçın Rayon Mərkəzi Xəstəxanasına direktoru Orxan Cəbrayıl qeyd edib ki, Zabux kənd həkim məntəqəsi modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzindən əlavə olaraq Zabux kəndinə inşa olunan ilk tibb ocağıdır:
"2023-cü ilin may ayından Böyük Qayıdışa dair Dövlət Proqramı əsasında Laçın Rayon Mərkəzi Xəstəxanası və Laçın Ailə Sağlamlıq Mərkəzi olaraq Laçında fəaliyyət göstəririk. Bu gündən üçüncü müəssisə fəaliyyətə başlayacaq. İlkin tibb məntəqəsində beş nəfərdən ibarət Zabux kənd sakini fəaliyyət göstərəcək".
-
Magazin100:30İrina Şeyk yeni obrazı ilə diqqət çəkdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Aranızdakı güvən sarsıla bilər
-
İdman19 May 23:00Alonso Mbappeyə elçi düşdü
-
İdman19 May 21:48"Barselona"nın müdafiəçisi üçün yeni səhifə açıla bilər
-
Magazin119 May 21:36Xalq artisti İzzət Bağırovla anasını kövrəltdi - VİDEO
-
MDB19 May 21:24Rusiya XİN-dən NATO-ya xəbərdarlıq - “Qaynar başlar” soyudulacaq
-
MDB19 May 20:24Putin Pekində görün hansı avtomobildən istifadə edir... - FOTO
-
İdman19 May 20:12Dünya birincisi məşhur jurnalın üz qabığını bəzədi - FOTO





































