Sosial
“Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirildi - FOTO
Beynəlxalq Sıfır Tullantı Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin, “Təmiz Şəhər” ASC-nin, “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
Publika.az xəbər verir ki, festival çərçivəsində vətəndaşlar ümumi tutumu 1663 litr olan plastik butulka, 453 litr tutumu olan şüşə butulka, banka və 1166 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr (ağac tingləri, ekoçantalar, milli parklara giriş bileti, kitablar və s.) əldə ediblər.
Maraqlı viktorinaların, müxtəlif müsabiqələrin də yer aldığı festivalda vətəndaşlar böyük həvəslə tullantıları gətirərək həm təbiətə töhfə verib, həm də müxtəlif hədiyyələr qazanıblar.
Eyni zamanda, tədbirə gələn balaca uşaqların üzlərində şəkillər çəkilib, tullantılardan hazırlanmış nümunələr sərgilənib, ekoçantalar üzərində maraqlı rəsmlər çəkilərək vətəndaşlara hədiyyə olunub.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində ayrıca toplayıb təkrar emal etmək məqsədi daşıyır.
Qeyd edək ki, “Beynəlxalq Sıfır Tullantı Günü” qardaş Türkiyənin təşəbbüsü ilə təklif edilib və 2022-ci ildən etibarən BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunaraq bütün dünyada qeyd edilir.










-
İdman01:11Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - VİDEO
-
Magazin100:15"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir mesaj çox şeyi dəyişə bilər
-
Elm və təhsil17 May 23:3614 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
İdman17 May 23:24Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
-
Magazin117 May 23:12"Xəzər" TV-də "Maşın" şou başlayır?
-
Dünya17 May 22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin117 May 22:008 illik evlilik Hazala görə bitdi?


































.jpg)


