Sosial
Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlandı
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib.
DİN-dən Publika.az-a bildirilib ki, tədbir zamanı paytaxt sakini Rəşad Adıgözəlov və tanışı Ağakərim İsmayılov Abşeron rayonu ərazisində saxlanılıblar.
Onlardan və Masazır qəsəbəsində narkoanbar kimi istifadə etdikləri evdən 24 kiloqram, o cümlədən 20 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 2 kiloqram heroin və 2 kiloqram psixotrop maddə metamfetamin aşkar edilib.
"R.Adıgözəlov və A.İsmayılov narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Babək” adlı şəxsin tapşırığı ilə Binəqədi rayonu Xocahəsən qəsəbəsi ərazisində gizlədilən ünvandan əldə etdiklərini bildiriblər. Saxlanılan şəxslər narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imişlər", - məlumatda qeyd olunub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
-
Avropa19:50
Dünyaya gizli güclər tərəfindən göndərilən, ruhunu şeytana satan “PİVƏ QİYAMÇISI” - FOTO
-
Magazin119:00
Əli Mirəliyev yeni imicindan DANIŞDI: "Məndən ötrü ölənlər olub" - VİDEO
-
Kriminal18:00
Azərbaycandan qaçdığı düşünülən seksual manyak gizli şəkildə çobanlıq edirmiş
-
Sağlamlıq17:21
Xroniki baş ağrısına səbəb olur - Bu dərmanlar təhlükəlidir!
-
Kriminal17:00
Tələbənin maşını ilə dəhşətli qəza törədən gənc həbs edildi - FOTO
-
Cənubi Qafqaz16:40
Bu ölkə Avropanın İrəvana yardımını Bakıya görə blokladı - Ermənistana “soyuq duş”
-
Dəb16:27
Dünya qədər pulu var, amma sevgilisinə normal geyim ala bilmir? - FOTO
-
Nida Xəbər 15:58
Fransa daxili işlər nazirinin bu iddiaları əsassızdır - XİN