Gəncədə rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirildi
Bizi izləyin

Sosial

Gəncədə rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirildi

Gəncədə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən keçirilən məşqin məqsədi fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən rəhbər heyətinin funksional vəzifələrini yerinə yetirmələri üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılığın və operativliyinin artırılmasından ibarət olub.

Məşqdə şərti fövqəladə hadisə ilə əlaqədar rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə edilməsi üzrə fəaliyyəti simulyasiya edilib.
Sonda məşqin yekunu təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm