Ermənistan qarışdı: Aİ-yə üzvlük məsələsi hakimiyyəti parçaladı
Bizi izləyin

Dünya

Ermənistan qarışdı: Aİ-yə üzvlük məsələsi hakimiyyəti parçaladı

Ermənistanın Aİ-yə üzvlük mövzusu son günlər parlamentdənkənar qüvvələrin əli ilə yenidən siyasi gündəmə daxil olub və müzakirələrin qızğın mərhələsində olsa da, hələlik konsensus əldə olunmayıb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazır.

Bildirilir ki, Ermənistanın Aİ-yə üzvlüklə bağlı müraciətinə görə referendumun keçirilməsi təklifinin müzakirələri çərçivəsində Milli Assambleyada bu gün dinləmələr keçiriləcək.

Parlamentdənkənar qüvvələrin hədsiz tələskənliyinə baxmayaraq, "Joqovurd" öyrənib ki, Ermənistanın Aİ-yə üzvlüyü məsələsində Mülki Müqavilə Fraksiyasında fikir ayrılıqları var.

Müzakirələr zamanı əksər deputatlar bildiriblər ki, biz bu mühüm və kəskin xarici siyasət dönüşünə hələ “hazır deyilik”.

Başqa sözlə, bir hissə hesab edir ki, Ermənistan üçün yeganə düzgün yol Aİ-dir, digər hissəsi isə hesab edir ki, Aİ-yə üzvlüklə bağlı tələskənlik olmamalıdır.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm