Nəşi tapılan əsgər ailəsi ilə yenicə danışıbmış - TƏFƏRRÜAT /FOTO
Bizi izləyin

Sosial

Nəşi tapılan əsgər ailəsi ilə yenicə danışıbmış - TƏFƏRRÜAT /FOTO

Xəbər verdiyimiz kimi, iyunun 9-da naməlum şəraitdə itkin düşən Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində nəşi aşkar edilib.

Publika.az modern.az-a istinadən xəbər verir ki, Ceyhun Hüseynov 1999-cu ilin may ayında anadan olub.

O, əslən Ordubad rayonundandır. Ceyhun Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və 627 bal toplayaraq ADA Universitetinə qəbul olunub.

Məlumata görə, bakalavr pilləsini başa vurduqdan sonra Ceyhun Hüseynov magistratura təhsilini xaricdə davam etdirib.

Fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şahidlər dindirilib və müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib. Eyni zamanda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Nəşi tapılan hərbçimizin fotosunu təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm