Sosial
Azərbaycanda "WhatsApp"da yayılan səs yazısı ilə bağlı RƏSMİ AÇIQLAMA
![](https://publika.az/storage/2024/04/28/votsap.jpg?v1719531864)
Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı müəyyən dələduzluq halları müşahidə edilib.
Publika.az xəbər verir ki, bununla bağlı məlumatı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı yayıb.
O bildirib ki, hazırda "WhatsApp"da səs yazısı vasitəsilə həqiqəti əks etdirməyən müxtəlif məlumatlar paylaşılır:
"Əziz müəllimlər, dəyərli həmkarlarım.
Təəssüf ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı müəyyən dələduzluq hallarının yayıldığını müşahidə edirik.
- ilk növbədə bildirirəm ki, sertifikatlaşdırma nəticələri "smslə gəlmir." Sertifikatlaşdırmanın test imtahanı mərhələsi avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir. İmtahan başa çatdıqdan dərhal sonra elan edilir. Yəni prosesdə iştirak edən müəllim imtahan zalından artıq nəticəsini bilərək çıxır.
- Səs yazısında haqqında danışılan "imtahan komitəsi" adında bir anlayış və ya qurum yoxdur. İmtahan təşkilində bu adda hər hansı bir "komitə" fəaliyyət göstərmir.
- Sertifikatlaşdırma prosesi Elm və Təhsil Nazirliyi tərəfindən elektron qaydada həyata keçirilir. Məqsəd, təbii ki, şəffaflığın təmin olunmasıdır".
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Elm və təhsil01:41
Hansı ixtisaslar üzrə keçid balı artırıla bilər? - VİDEO
-
İdman01:11
İvanişvili Gürcüstan millisi ilə bağlı elə qərar verdi ki...
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətləriniz sınağa çəkiləcək
-
Kriminal00:00
Azərbaycanda bir gecədə üç polisin qətlə yetirilməsi ilə bağlı YENİ FAKTLAR
-
Səhiyyə27 İyun 23:50
Azərbaycanda quyruqlu uşaq doğuldu - VİDEO
-
Magazin127 İyun 23:12
Xalq artisti dekolteli libasda səhnəyə çıxdı - VİDEO
-
Magazin127 İyun 21:30
Damla bu ölkədə başını bağladı - VİDEO
-
Sosial27 İyun 21:24
Bakının mərkəzində başından güllələnən Tural niyə qətlə yetirilib? - VİDEO