Nida Təhlil
İki min erməni İrəvandan Xankəndiyə yürüş etməyə hazırlaşır - YENİ PLAN
Qarabağdan Ermənistana qaçan separatçı Samvel Babayanın yeni planlar qurduğu ortaya çıxıb.
Publika.az xəbər verir ki, “Hraparak” nəşri Babayanın Qarabağdan Ermənistana qayıtmış erməniləri təşkilatlandırmaq və onlara “rəhbərlik” etmək istiqamətində hərəkətə keçdiyini yazıb.
Nəşr İrəvandakı separatçılara istinadən yazır ki, son həftələrdə Babayan erməniləri “Qarabağa qayıtmaq” adı altında öz ətrafında cəmləyir.
“Babayanın qohumları onun adından “Qarabağ ermənilərinə” bildirirlər ki, iki min nəfər toplaşarsa, “məcburi köçkün” kimi maşın karvanı ilə Xankəndinə qayıdacaq və Azərbaycan hakimiyyəti altında yaşayacaqlar. Bu yürüşə şəxsən Babayanın rəhbərlik edəcəyi deyilir”, - nəşr yazır.
Nəşr digər separatçıların “qaydış planı”nın baş tutacağına inanmadığını qeyd edir.
“Onlar hesab edirlər ki, heç 200 nəfər də Xankəndiyə qayıtmaq istəməyəcək. Düşünürlər ki, Babayanın əsl məqsədi geri qayıtmaqdan daha çox, “Qarabağ erməniləri”ni Ermənistanın daxili siyasi proseslərindən uzaqlaşdırmaq, onların hökumətin əleyhinə nümayişlərdə iştirakının qarşısını almaqdır. Bu, Nikol Paşinyana gizli dəstəyin verilməsi məqsədi daşıyır”, - nəşr diqqətə çatdırıb.
Asif
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Dünya12 Oktyabr 21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region12 Oktyabr 16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 12 Oktyabr 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika12 Oktyabr 15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 12 Oktyabr 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
































