Sosial
Bakının mərkəzində başından güllələnən Tural niyə qətlə yetirilib? - VİDEO
İyunun 26-da Bakıda həmkəndlisi İsmayıl Allahverdiyev tərəfindən güllələnən 24 yaşlı Tural Kosayev doğulduğu Qazaxın Daş Salahlı kəndində dəfn edilib.
Publika.az xəbər verir ki, mərhumun atası Kamil Kosayev oğlunu qətlə yetirən İsmayıl Allahverdiyevi tanımadığını, onunla heç bir problemlərinin olmadığını söyləyib.
"Kaş ki, ayağından vurardı, balam yaşayardı. Bəlkə, ayağı kəsilərdi, gələrdi, gözümün qabağında olardı. Yaşayardı, nəfəsi gələrdi. Kaş o torpağa mən girərdim", - mərhumun atası deyib.
Baku TV hadisəni törətməkdə şübhəli bilinən İsmayıl Allahverdiyevin də evində olub. Qonşular ailənin Bakıya yollandığını bildiriblər:
"Deyilənə görə, ikisi də eyni qızı istəyirmiş. İsmayılı döyüblər. O da "burada durun, gəlirəm" deyib. Silahı götürüb gəlib, oğlanı vurub".
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb. İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Ətraflı "Baku" TV-nin süjetində:
-
Maraq dünyası09:00
Bu qadının görüntüləri heyrətə gətirdi - VİDEO
-
Region08:24
Türkiyənin 3 vilayətini meşə yanğını BÜRÜDÜ - 5 helikopter səfərbər edilib
-
Magazin206:16
ŞOK İDDİA: Ben Afflek və Cenifer Lopez ayrılıblar?
-
MDB04:44
Yandırılmış "Crocus City Hall"la bağlı YENİ XƏBƏR
-
Magazin103:43
Həbsdə olan Rəşad Dağlının yeni mahnısı çıxdı - VİDEO
-
Səhiyyə03:13
SEKSİN DÜŞMƏNLƏRİ: bu qidalar bütün arzuları öldürür
-
Sosial02:12
Nazirlikdən pensiyalarla bağlı AÇIQLAMA
-
Sosial01:51
Bakıda gecəyarısı söküntü işləri: qadını evindən sürükləyərək çıxardılar - VİDEO