Sosial
Bakıda fermadan “Makarov” oğurlandı, sonra... - VİDEO
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində müxtəlif vaxtlarda paytaxtın Sabunçu, Yasamal və Qaradağ rayonlarında oğurluqlar etdiyi üçün axtarışda olan əvvəllər məhkum olunmuş Nəriman Vəliyev saxlanılıb. Onun üzərindən “Makarov” tapançası, patron darağı və 15 ədəd patron aşkarlanıb.
Bu barədə Publika.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Dindirmə zamanı N.Vəliyev qanunsuz olaraq üzərində daşıdığı odlu silah-sursatı Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən fermadan oğurladığını bildirib.
Davam etdirilən tədbirlərlə həmin fermanın sahibi Azər Hacıyev də saxlanılıb. Ondan əlavə olaraq müvafiq sənədləri olmayan ov tüfəngi və 30 ədəd patron aşkar edilib. A.Hacıyev odlu silah-sursatı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı Suraxanı RPİ-nin 32-ci Polis Bölməsində araşdırmalar davam etdirilir.
-
ABŞ01:41Tramp övladlarına görün nələri QADAĞAN EDİB - “Mən özüm də...”
-
Magazin201:11Sərbəst buraxılan Danla Bilic onlara təşəkkür etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevgi həyatında sürpriz yaşana bilər
-
Magazin100:15Zaur Röyaya bahalı üzük bağışladı - VİDEO
-
Magazin118 Dekabr 23:48Aygün Kazımova ilə Samir Bağırov illər sonra bir arada - VİDEO
-
Magazin118 Dekabr 23:00Rəqsanə həyat yoldaşının VİDEOSUNU PAYLAŞDI
-
Sosial18 Dekabr 22:12Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ
-
İdman18 Dekabr 21:36"Qarabağ" uduzdu, "Sabah" liderliyi ələ keçirdi






















