Sosial
Zəvvarlar Vətənə qayıdır
![](https://publika.az/storage/2018/09/30/hacc2.jpg?v1719992987)
Azərbaycanlı zəvvarların Həcc ziyarəti başa çatıb, sonuncu qrup Vətənə qayıdır.
Bu barədə Publika.az-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, hazırda Səudiyyə Ərəbistanında 280 nəfərə yaxın azərbaycanlı zəvvar qalıb: "Onlar, o cümlədən ziyarətin təşkilatçılarından ibarət sonuncu qrup bu gün Bakıya yola düşəcək".
V.Cahangiri həmçinin bildirib ki, builki Həcc ziyarəti azərbaycanlı zəvvarlar üçün çox rahat və təhlükəsiz başa çatıb.
Qeyd edək ki, builki Həcc ziyarəti üçün azərbaycanlı zəvvarlara 1500 nəfərlik kvota ayrılmışdı. Zəvvarların ilk qrupu iyunun 4-də təyyarə ilə Bakıdan Səudiyyə Ərəbistanına yola düşmüşdü. Zəvvarlar iyunun 16-17-də ziyarətdə Qurban bayramını qeyd ediblər.
Xatırladaq ki, Azərbaycanda Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları idi.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Rəsmi xronika11:13
İlham Əliyev Lukaşenkonu təbrik etdi
-
İdman10:42
Bütün Türkiyə Tural Dadaşovun "ilahi müdaxilə"sindən danışır - VİDEO
-
Nida Xəbər 10:27
Nazir Cəmil Kamillini rəis təyin etdi
-
İdman09:54
Merih Demiral "bozqurd" işarəsini niyə göstərib? - Səbəb ortaya çıxdı
-
Nida Xəbər 09:36
Əli Əsədov daha bir qərar imzaladı
-
Magazin209:18
Dekoltesinə görə gəlinliyi tənqid olundu - FOTO
-
Magazin105:45
Gənc aktyor ailə qurdu - Toydan FOTOLAR
-
Sosial03:43
Fişəng şouları təşkil edənlərin NƏZƏRİNƏ: cərimələnə bilərsiniz - VİDEO