Sosial
Onlar deputat olmaq istəyir?
Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Bəs, baş redaktorlardan kimlər qarşıdakı seçkilərə namizəd kimi qatılacaq?
Publika.az xəbər verir ki, Bakupost.az -ın əməkdaşı bu sualla qəzet və sayt baş redaktorları arasında sorğu keçirib.
Mətbuat Şurasının sədri Rəşad Məcid hələlik bu barədə fikirləşmədiyini bildirib: “Hələ ki seçkilərdə iştirakla bağlı qərarım yoxdur”.
Sabiq deputat, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov seçkilərdə iştirak etməyəcəyini bildirib: “Başım o qədər qarışıqdı, seçkiyə qatılmaq heç yadıma da düşmür”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu suala münasibət bildirmək istəmədiyini deyib.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də parlament seçkilərində iştirak etməyəcəyini deyib: “Hələlik belə bir fikrim yoxdur”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı da seçkilərdə iştirak etməyəcəyini deyib.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də suala cavab verməkdən imtina edib: “Seçki ilə bağlı heç bir açıqlama vermək istəmirəm”.
-
Dünya13:36
Bayden prezidentlik mübarizəsindən geri çəkilir? - Ağ Ev açıqladı
-
Rəsmi xronika13:12
Əliyev “ŞƏT plus” formatında keçirilən görüşdə iştirak etdi - Yeniləndi
-
Elm və təhsil12:34
Ali məktəblərdə ballar aşağı düşəcək - Buna görə...
-
Nəqliyyat12:08
İctimai nəqliyyatdan kimlər güzəştlə istifadə edə biləcək? - Yeni sistemin tətbiqi...
-
Dünya11:27
Qərb Türkiyəni Rusiyaya qarşı çevirmək üçün görün hansı silahdan istifadə edib
-
Nida Xəbər 10:53
Əliyev dünya nəhəngləri ilə: Bakını cəlbedici edən səbəb...
-
Nida Xəbər 10:05
Rəsmi Bakıdan İQAK-a cavab: Rədd edirik!
-
Cənubi Qafqaz09:36
Boykot uzun sürmədi: Ermənistan hakimiyyəti yenidən Rusiyaya...