FHN çimərliklərdə monitorinq keçirdi - FOTO
Bizi izləyin

Sosial

FHN çimərliklərdə monitorinq keçirdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Mingəçevir su anbarının sahil hissəsində fəaliyyət göstərən çimərliklərdə və Kür çayının Mingəçevir şəhərindən keçən hissəsinin sahilində monitorinq keçirilib.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, monitorinqdə FHN-in aidiyyəti qurumlarının məsul şəxsləri, Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mingəçevir şəhər Polis şöbəsi və Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri iştirak edib.

Monitorinqin keçirilməsində əsas məqsəd yay aylarında insanların istirahəti zamanı təhlükə törədə biləcək amillərin vaxtında aşkar edilməsi olub.

Monitorinq zamanı aşkarlanmış nöqsanlar barədə aktlar tərtib edilib və aidiyyəti üzrə xəbərdarlıqlar olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm