Sosial
DİN-dən çağırış: Bank kart məlumatları verməyin, risklidir
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara bank kartlarının məlumatlarını tanımadıqları şəxslərə verməməkləri ilə bağlı çağırış edib.
DİN-dən Publika.az-a daxil olan çağırış mətnində bildirilib ki, bank kart məlumatlarının naməlum şəxslərə verilməsi pul vəsaitlərin oğurlanmasına səbəb olur.
Qeyd olunub ki, hər bir vətəndaş diqqətli olmalıdır, inandırıcı görünən hər bir hal – müraciət, təklif, vəd, qazanc vətəndaşın aldadılmasına yönələn tələlərdir.
"Vətəndaşlar “WhatsApp”, “Telegram”, “Signal”, “Messenger” üzərindən daxil olan zəngləri, mesajları cavablamadan, oxumadan, saxta linklərə daxil olmadan bloklamalıdır. “Bankdandır, kartınıza müdaxilə var, yoxlayırıq”, “satdığınız əşyanı almaq istəyirəm, beh ödəyim, kartınızı deyin” adı adı altında bütün zənglər, mesajlar bank kart məlumatlarının əldə olunmasına və vəsaitin oğurlanmasına səbəb olacaqdır.
İyulun 19-da ayrı-ayrı şəxslərin – 16780, 9745, 7550, 3070, 3026, 2807, 1951, 1380, 1320, 1102, 940, 850, 750, 736, 640, 600, 528, 500, 363, 293, 240, 198, 136 manat pulları oğurlanıb. Bütün oğurluq halları yalnız bir üsulla – bank kart məlumatları aldadılıb alınmaqla törədilir. Danışıqlar kiber üsulla hazırlanan, qeydiyyatı olmayan, xaricdən saxta nömrələr vasitəsilə aparılır. Vətəndaşlara çağırış edirik ki,diqqətli olun, şəxsi məlumatlarınızı naməlum şəxslərlə bölüşməyin, təhlükə var, inandırıcı görünüən hər bir təklif yalandır".
-
MDB10:48
Moskva və Kiyev bu ölkənin vasitəçiliyi ilə danışıqlara başladı: Tarixi razılaşma olacaq?
-
ABŞ10:24
Trampın "bir günə sülh" planı realdır? - 1968-ci ildə Nikson da söz vermişdi
-
Hadisə10:15
Bakıda 2 nəfər qatarın altında qalıb öldü
-
Kriminal07:47
Azərbaycanda DƏHŞƏTLİ QƏTL: "Günel "boğ məni" dedi, mən də boğdum"
-
MDB07:30
Kadırov boş həyat tərzi keçirən gənclərə görün NƏ TƏKLİF ETDİ
-
Magazin106:46
Keçmiş "Lider" TV-nin rəhbərinin daha bir övladı oldu - FOTO
-
Səhiyyə04:44
ŞOK ARAŞDIRMA: hamiləlik insan DNT-sindəki qədim virusları oyadır
-
Sosial03:13
Alıcılara ÇAĞIRIŞ EDİLDİ: bu göbələklər hər an ÖLDÜRƏ BİLƏR - VİDEO