Ata son anda iki oğlunun XİLASKARINA ÇEVRİLDİ
Bizi izləyin

Sosial

Ata son anda iki oğlunun XİLASKARINA ÇEVRİLDİ

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə boğulan iki qardaş ataları tərəfindən xilas edilib.

Publika.az "Report"a istinadla xəbər verir ki, 1997-ci təvəllüdlü Gülməmmədov Tural Adil oğlu və onun 1994-cü il təvəllüdlü qardaşı Gülməmmədov Orxan Adil oğlu dənizdə çimərkən qəflətən batmağa başlayıblar.

Övladlarının boğulduğunu görən ata dənizə girərək onları ölümdən xilas edə bilib.

Hər iki şəxs 3 saylı Şəhər Klinik xəstəxanasına çatdırılıb, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm