Sosial
Sərxoş şəxslər Naftalanda ictimai qaydanı pozdular
İyulun 16-da gecə saatlarında Naftalan şəhər ərazisindəki marketlərin birinin qarşısında “Mercedes” markalı avtomobilə bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozub.
Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan Publika.az-a bildirilib ki, ərazidə xidmət aparan polis əməkdaşlarının onları nizam-intizama dəvət etmələrinə baxmayaraq, avtomobildə olan Ayaz Cəfərli, Elvin Muradov, Ruslan Səfəralıyev, Taleh Alcəfərov və Nihad Quliyev özlərini Vətən müharibəsi iştirakçısı olduqlarını əsas gətirərək ictimai yerdə söyüş-təhqirlə müşahidə olunan qanunsuz əməllərini davam etdirib.
Əməllərinin araşdırılması üçün Naftalan ŞPŞ-nə gətirilən zaman A.Cəfərli və T. Alcəfərov qeyri-adekvat əməllərini davam etdirərək polis əməkdaşlarının xidmətinə mane olublar. Həmin şəxslər sərxoşluq müayinəsindən keçirilən zaman A.Cəfərli, E.Muradov və R.Səfəralıyevin orta dərəcəli sərxoş olmaları müəyyən edilib.
Onların əməlləri ilə bağlı Naftalan ŞPŞ-nin İstintaq Qrupunda araşdırmalar davam etdirilir.
-
MDB10:48
Moskva və Kiyev bu ölkənin vasitəçiliyi ilə danışıqlara başladı: Tarixi razılaşma olacaq?
-
ABŞ10:24
Trampın "bir günə sülh" planı realdır? - 1968-ci ildə Nikson da söz vermişdi
-
Hadisə10:15
Bakıda 2 nəfər qatarın altında qalıb öldü
-
Kriminal07:47
Azərbaycanda DƏHŞƏTLİ QƏTL: "Günel "boğ məni" dedi, mən də boğdum"
-
MDB07:30
Kadırov boş həyat tərzi keçirən gənclərə görün NƏ TƏKLİF ETDİ
-
Magazin106:46
Keçmiş "Lider" TV-nin rəhbərinin daha bir övladı oldu - FOTO
-
Səhiyyə04:44
ŞOK ARAŞDIRMA: hamiləlik insan DNT-sindəki qədim virusları oyadır
-
Sosial03:13
Alıcılara ÇAĞIRIŞ EDİLDİ: bu göbələklər hər an ÖLDÜRƏ BİLƏR - VİDEO