Sosial
Əhmədin məhkəməsi təxirə salındı
Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə növbəti məhkəməsi təxirə salınıb.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilməsi planlaşdırılan prosesə Əhməd Əhmədov gəlməyib.
Məhkəmə prosesi sentyabrın 10-a kimi təxirə salınıb.
Qeyd edək ki, Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.
İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
MDB10:48
Moskva və Kiyev bu ölkənin vasitəçiliyi ilə danışıqlara başladı: Tarixi razılaşma olacaq?
-
ABŞ10:24
Trampın "bir günə sülh" planı realdır? - 1968-ci ildə Nikson da söz vermişdi
-
Hadisə10:15
Bakıda 2 nəfər qatarın altında qalıb öldü
-
Kriminal07:47
Azərbaycanda DƏHŞƏTLİ QƏTL: "Günel "boğ məni" dedi, mən də boğdum"
-
MDB07:30
Kadırov boş həyat tərzi keçirən gənclərə görün NƏ TƏKLİF ETDİ
-
Magazin106:46
Keçmiş "Lider" TV-nin rəhbərinin daha bir övladı oldu - FOTO
-
Səhiyyə04:44
ŞOK ARAŞDIRMA: hamiləlik insan DNT-sindəki qədim virusları oyadır
-
Sosial03:13
Alıcılara ÇAĞIRIŞ EDİLDİ: bu göbələklər hər an ÖLDÜRƏ BİLƏR - VİDEO