Sosial
Aksiz dərəcəsi artırıldı: Azərbaycanda siqaret nə qədər bahalaşacaq?
Azərbaycanda siqaretlərin aksiz dərəcələri artırılıb. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Belə ki, aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1 000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilib. Alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1 000 ədədi üçün aksiz dərəcə 16 manat olub. İndiyədək isə aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1 000 ədədi üçün 14 manat idi. Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi 0,25 manatdan 2 manata qaldırılıb.
Aksiz dərəcəsinin artması siqaretin bahalaşmasını zərurətə çevirəcək?
Məsələ ilə bağlı iqtisadçı ekspert Fuad İbrahimov Publika.az-a açıqlama verib.
O bildirib ki, aksiz dərəcələri hər il bahalaşır:
“Bu təbii haldır. Tütün məmulatları və alkoqollu içkilər insan orqanizmi üçün çox ziyanlıdır. Hökumətin siyasəti odur ki, insan orqanizminə ziyan verə biləcək məhsulların vergilərini mərhələli şəkildə qaldırsın. Aksizlər bahalaşanda qiymət də artır. Çünki malın üzərinə müəyyən xərclər gəlir. Belə ki artımı həm pərakəndə, həm də topdansatışda görəcəyik. Bir sözlə, siqaretlərdə bahalaşmanın şahidi olacağıq. Əgər topdansatışda 10 % bahalaşma olarsa, pərakəndə satışda da bir o qədər qiymət artımı görəcəyik. Xaricdən gələn siqaretlərdə qiymət artımı müşahidə olunacaq. Xülasə, vergilər birbaşa büdcəmizə gəlir kimi mədaxil olur”.
Aysel Şahmar
-
MDB10:48
Moskva və Kiyev bu ölkənin vasitəçiliyi ilə danışıqlara başladı: Tarixi razılaşma olacaq?
-
ABŞ10:24
Trampın "bir günə sülh" planı realdır? - 1968-ci ildə Nikson da söz vermişdi
-
Hadisə10:15
Bakıda 2 nəfər qatarın altında qalıb öldü
-
Kriminal07:47
Azərbaycanda DƏHŞƏTLİ QƏTL: "Günel "boğ məni" dedi, mən də boğdum"
-
MDB07:30
Kadırov boş həyat tərzi keçirən gənclərə görün NƏ TƏKLİF ETDİ
-
Magazin106:46
Keçmiş "Lider" TV-nin rəhbərinin daha bir övladı oldu - FOTO
-
Səhiyyə04:44
ŞOK ARAŞDIRMA: hamiləlik insan DNT-sindəki qədim virusları oyadır
-
Sosial03:13
Alıcılara ÇAĞIRIŞ EDİLDİ: bu göbələklər hər an ÖLDÜRƏ BİLƏR - VİDEO