Ağadadaş ölə bilərdi… - Deputat
Bizi izləyin

Sosial

Ağadadaş ölə bilərdi… - Deputat

Ağadadaş Ağayevi yaxından tanıyanlar onu mədəni və xeyirxah insan kimi xarakterizə edirlər. Xalq artistinin iştirakı ilə bu cür hadisənin baş verməsinə çox üzüldüm və təəssüf hissi keçirirəm. Şükürlər olsun ki, faciə baş verməyib.

Publika.az xəbər verir ki, bu sözləri ƏHD sədri, 6-cı çağırış Milli Məclisin deputatı Qüdrət Həsənquliyev xalq artisti Ağadadaş Ağayevin “Medera” hospitalının gözətçisi Nurəddin Cəlilovla insidenti haqda qeyd edib.

“Kadrlardan görünür ki, başına endirilən ağır zərbələrdən Ağadadaş Ağayev həyatını itirə bilərdi. Mən hər cür zorakılığı qətiyyətlə pisləyir və qınayıram. Hər kəsin günahının həddini istintaq və məhkəmə orqanları müəyyən etməlidir. İctimai rəy formalaşdırmaqla istintaq orqanına təzyiq yolverilməzdir. Biz yayılan kadrlardan öncə nələrin baş verdiyindən məlumatsızıq. Zərəçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir, qanunsuz və ya əxlaqsız hərəkətlər nəticəsində qəflətən baş verən güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürməyə görə iki ilədək islah işləri növündə cəza təyin oluna bilər. Cinayət Məcəlləsində bu cür ağır nəticəyə səbəb olmuş təqsirli əmələ görə belə yüngül cəza ona görə nəzərdə tutulur ki, affekt vəziyyətində şəxsin öz hərəkətlərinə nəzarət imkanları xeyli azalır. Patoloji və ya fizioloji affekt vəziyyəti bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edə bilər. İşin konkret hallarından asılı olaraq bu məqsədlə ekspertiza təyin olunur. Ona görə ictimaiyyət istintaq orqanına güvənməli və nəticəni gözləməlidir. İstintaq orqanın borcu isə odur ki, şayiələrin və dedi-qoduların qarşısını almaq üçün mətbuata açıqlamalar verməklə cəmiyyəti məlumatlandırsın”, - millət vəkili bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm