Bakıda məktəbdə yanğın siqnalı işə düşdü, şagirdlər təxliyə olundu - YENİLƏNDİ
Bizi izləyin

Sosial

Bakıda məktəbdə yanğın siqnalı işə düşdü, şagirdlər təxliyə olundu - YENİLƏNDİ

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 182 nömrəli məktəbdə bütün şagird və müəllim heyəti təxliyə edilib.

Publika.az xəbər verir ki, bu barədə məktəb məlumat yayıb.

Bildirilib ki, məktəbdə təxminən saat 14:45-də dərs prosesi vaxtı fövqəladə hadisələr zamanı xəbərdarlıq siqnalı işə düşüb. Bütün məktəb təxliyə edilib. Məktəbə baxış keçirilən zaman yanğın və ya digər halın olmadığı müşahidə olunub.

Fövqəladə hadisələr zamanı xəbərdarlıq siqnalı işə düşdüyü üçün aidiyyəti qurumun əməkdaşları da məktəbə baxış keçiriblər.

***

Binəqədi rayonu 182 nömrəli tam orta məktəbdə tədris dayandırılıb və şagirdlər evə buraxılıblar.

Publika.az Bakupost.az-a istinadən xəbər verir ki, buna səbəb məktəbdə yanğın təhlükəsinin yaranmasıdır.

Valideynlərə bununla bağlı xəbərdarlıq olunub.

Qeyd olunur ki, şagirdlər məktəbin bufetində kiçik tüstülənmənin olduğunu görərək qorxuya düşüblər. Məktəb rəhbərliyi ehtiyat tədbiri kimi şagirdləri evə buraxıb. Hadisə yerinə FHN yanğınsöndürənləri cəlb olunub.

Məsələ araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm