Nida Təhlil
Azərbaycanı gözləyən TƏHLÜKƏ: İran İsraillə müharibəni hara köçürəcək?
İranın İsrailə raket hücumundan sonra regional eskalasiyanın genişlənməsi riskləri artdı. Tehranın hədəfi bu hücumla İsraili çəkindirmək, xüsusilə ABŞ başda olmaqla onun müttəfiqlərinə Təl-Əvivin dayandırılması mesajını vermək məqsədi daşıyırdı. Hərçənd, İsrail İrana qarşı beynəlxalq cəbhənin yaradılması baxımından gərginlikdə maraqlıdır və Təl-Əvivə hücum Netanyahu hökumətinə birbaşa Tehrana zərbə endirmək əsasını yaradır.
Hadisələrin bu istiqamətdə inkişafı getdikcə qaçılmaz hala çevrilir və regional müharibənin baş verməsi təhlükəsi artır. İran-İsrail toqquşmasının əsas təhlükəsindən biri də bütün bunların sərhədlərimizin yaxınlığında baş verməsidir. Bu baxımdan, regional toqquşmanın Azərbaycana yarada biləcəyi risklər də aktuallaşır.
Toqquşma müharibəyə çevrilərsə, bu, Azərbaycan üçün ilk növbədə humanitar böhran yarada bilər, çünki Cənubi Azərbaycandan köç dalğasının üz tutacağı ilk istiqamət bura olacaq. Bununla yanaşı, İranda İsraillə qarşıdurmanı Azərbaycanın üzərinə köçürmək cəhdləri də mümkün variantlardandır. Bu ölkədə mühafizəkar qanadın, xüsusilə SEPAH-ın davamlı olaraq, “sionistləri Arazın sahilində” axtarmaq cəhdləri də bundan xəbər verir. Bu halda İranda anti-Azərbaycan qüvvələr “İsrail bazaları” iddiası ilə bizim sərhədlərimiz daxilinə də zərbə endirmək məsələsini gündəmə gətirə bilərlər. Bu ilin aprelində İsrail İranın Dəməşqdəki konsulluğunu vurandan sonra Tehranda belə iddialar irəli sürülmüşdü. Bütün bunlar mümkün böyük müharibənin Azərbaycan üçün risklərini ön plana çıxarır.
Hərçənd, toqquşma böyük müharibəyə çevrilməsə və sürünən gərginlik davam edərsə, yenə İranda Azərbaycanı hədəf alanlar olacaq. İstisna deyil ki, “sionistləri Arazın sahilində axtarmaq” iddiaları gündəmə gələ və Bakıya qarşı “İsrailin müttəfiqi” iddiası ilə ritorik hücumlar edilə bilər.
Asif Nərimanlı
-
Dünya12:38Ankarada şam yeməyində Trampın kefi kök olub – Mertsin həyat yoldaşı ilə...
-
İdman12:20Di Kaprionun keçmiş sevgilisi DÇ-də Messini belə dəstəkləyir - FOTO
-
Nida Təhlil 11:02Trampın Türkiyə səfərinin pərdəarxası: Regionda nələr dəyişir?
-
MDB10:14Əlacsız qalan ruslar benzini evdə hazırlayırlar: Əhaliyə xəbərdarlıq edildi
-
Dünya09:25Almaniyadan Türkiyə həmləsi: Etiraf etdilər ki...
-
Region08:50İran ABŞ-ın PUA-sını vurdu
-
Yaxın Şərq08:40İran ABŞ-ın Yaxın Şərqdəki bazalarına hücum etdi
-
Hadisə08:30Ağdərədə mikroavtobus dərəyə aşdı - Çox sayda yaralı var


















.jpg)












.jpg)






