Ronaldonun vurduğu qola elə sevindi ki, huşunu itirdi
Bizi izləyin

İdman

Ronaldonun vurduğu qola elə sevindi ki, huşunu itirdi

AFC Elit Çempionlar Liqasının 2-ci turunun matçında “Əl-Nəsr” doğma meydanda “Ər-Rayyan”ı 2:1 hesabı ilə məğlub edib. Qələbə qolunu 76-cı dəqiqədə Kriştiano Ronaldo vurub.

Publika.az xəbər verir ki, Səudiyyə mətbuatının məlumatına görə, “Əl-Nəsr”in müdafiəçisi Salem Əl-Najdi portuqaliyalı futbolçunun qoluna sevinərkən başından zədə alıb. İlk hissədə əvəzlənən Əl-Nəcdi ehtiyat oyunçular skamyasında olub. Ronaldo qol vurarkən o, yerindən sıçrayıb və bu zaman başı ehtiyat oyunçular skamyasının örtüyünə dəyib. Futbolçu bir neçə dəqiqə huşsuz vəziyyətdə qalıb.

Hakim oyunu dayandırdı ki, Əl-Nəcdi tibbi yardım ala bilsin. Müdafiəçi özünə gəlib və xərəkdə paltardəyişmə otağına aparılıb.

Əl-Nəcdi tibb işçilərinin müşayiəti ilə stadionu piyada tərk edib. Daha sonra 21 yaşlı müdafiəçinin özünü yaxşı hiss etdiyi və növbəti oyuna hazır olacağı haqda məlumat yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm