Sosial
Bu dərmanlar icbari tibbi sığorta təminatına alınır
Ambulator müalicə dərmanlarının icbari tibbi sığorta təminatına alınması I oxunuşda təsdiqlənib
Milli Məclis ambulator müalicənin dərmanlarının icbari tibbi sığorta ilə qarşılanması məsələsini birinci oxunuşda təsdiqləyib.
Publika.az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlara təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb. Ambulator müalicə dərmanlarının icbari tibbi sığorta təminatına alınması I oxunuşda təsdiqlənib
Qeyd olunub ki, dəyişiklik layihəsi əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaratmaq üçün hazırlanıb.
Layihədə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb.
Ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir.
-
Sosial16:53
Palata AMEA ilə bağlı prokurorluğa müraciət etdi
-
Sosial15:37
Nazir Salyana rəis təyin etdi
-
Sosial14:41
Bu şəxslər 8 ilədək azadlıqdan məhrum ediləcək
-
İdman14:14
Dünya bu qadından danışır: Qısa zamanda belə bədənə necə nail olub? - FOTOLAR
-
Sosial14:00
“Aztelekom”un rəhbəri dəyişdi
-
Sosial12:40
İctimai nəqliyyat onlar üçün pulsuz olacaq
-
Sosial12:09
Valideynlərin nəzərinə: "TikTok"da böyük təhlükə - Azyaşlı qızlar...
-
Sosial11:43
COP29-a görə Bakıda qadağalar olacaq? - Rəsmi açıqlama