Adnan Əhmədzadənin rəhbəri olduğu şirkət gömrük qaydalarını pozdu
Bizi izləyin

Sosial

Adnan Əhmədzadənin rəhbəri olduğu şirkət gömrük qaydalarını pozdu

“ANC Group” MMC-yə inzibati protokol yazılıb.

Məlumata görə Gömrük Komitəsi protokolu İnzibati Xətalar Məcəlləsinin 485.1-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Publika.az XALQ.AZ-a istinadən xəbər verir ki, İş Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun icraatındadır.

“ANC Group” MMC-nin qanuni təmsilçisi Samir Rafiq oğlu Abdullayevdir. Ölkədə məşhur “Rahat” supermarket də bu qrupa daxildir.

“ANC GROUP” MMC-nin səhmlərinin 10%-Babakişiyev Cəlal Rasim oğluna, 90%-i isə ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD-yə məxsusdur. ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD şirkətinin təsisçisi və sədri qalmaqallı iş adamı Adnan Əhmədzadədir. İddilara görə 10 milyon manatlıq avtomobil kolleksiyası olan Adnan Əhmədzadə həm də İngiltərədə milyonluq “party”lərin təşkilinə pullar tökən qeyri-rəsmi iş adamıdır. Adnan Əhmədzadə Azərbaycanda bir neçə marketlər şəbəkəsinin sahibidir. Bunlardan bizə məlum olanları “Bolmart”, “Rahat Market”, “Port Baku Bazar” market şəbəkələridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm