Sosial
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi - Fotolar
Noyabrın 1-də Bakının Sabunçu rayonu ərazisində ağacəkmə aksiyası keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva aksiyada iştirak edib.
Publika.az xəbər verir ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) və COP29 könüllülərinin qatıldıqları aksiyada 1000 ədəd Eldar şamı ağacı əkilib.
Ağacəkmə aksiyası 2024-cü ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində ölkəmizdə yaşıllıq zolaqlarının artırılması və ətraf mühitin mühafizəsinə daha bir töhfə kimi dəyərləndirilə bilər. Aksiya, eyni zamanda, ölkəmizdə keçiriləcək COP29 konfransına dəstəyin və ümumiyyətlə təbiətin qorunması ilə bağlı təşəbbüslərə həmrəyliyin ifadəsidir.
Qeyd edək ki, Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyi Azərbaycanda ekoloji tarazlığın bərpası, təbiətə töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirmək məqsədi daşıyan çoxsaylı layihələr icra edir.
Ölkəmizdə yeni yaşıllıqların salınması, mövcudlarının qorunması ilə yanaşı, eyni zamanda, əvvəllər heç bir yaşıllıq olmayan sahələrdə də ağacəkmə aksiyalarının keçirilməsi ekoloji durumun yaxşılaşdırılması, yaşıllıq zonalarının artırılması istiqamətində önəmli addımlardandır.












-
Maraq dünyası09:18İnsanlar qocalmayacaq, ömür xeyli uzanacaq: Alimlər yolunu tapdılar
-
Magazin107:47Vəfa Şərifova qonşu ölkədə EV ALDI
-
İdman06:46Messi meymun üzlü və quyruqlu tanrıya belə səcdə etdi - FOTO
-
Cənubi Qafqaz05:15Avropa İttifaqı Gürcüstanla bağlı QƏRAR VERDİ
-
Sosial00:1522 yaşlı Məleykə əməliyyatdan bir neçə gün sonra vəfat etdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Çətinlik çəkə bilərsiniz
-
Magazin116 Dekabr 23:12“Fazillə hər şey bitib” - Rəqsanədən ETİRAF / VİDEO
-
Yaxın Şərq16 Dekabr 23:0035 ildən sonra Bağdadda İLK YAŞANDI








.jpg)







.webp)




















