Sosial
"Azercell" bu layihənin tərəfdaşı qismində çıxış edir - Fotolar
Mobil operator “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” proqramı çərçivəsində fiziki məhdudiyyətli şəxslər üçün xüsusi təlimlər təşkil edib.
“Azercell” DOST Agentliyi, UNICEF Azərbaycan və Dövlət Məşğulluq Agentliyinin birgə icra etdiyi “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsində iştirak edib.
“Tələbələrin Akselerasiya Proqramı” (TAP) üzrə tərəfdaş qismində çıxış edən lider mobil operator məhdud fiziki imkanlara malik insanların əmək bazarına çıxışının asanlaşdırılmasına yönəlik xüsusi təlimlər təşkil edib.
Şirkət proqram iştirakçılarına potensiallarını inkişaf etdirməyə dəstək olmaq, müasir əmək bazarına uğurlu inteqrasiya üçün təbəb olunan bacarıq və biliklərin aşılanmasını hədəfləyir.
Belə ki, layihə çərçivəsində “Azercell” tərəfindən gənclərin peşəkar inkişafına və məşğulluq imkanlarının artırılmasına töhfə verən təlim təşkil edilib.
18-29 yaş qrupu üzrə 40-a yaxın tələbənin cəlb olunduğu təlim çərçivəsində iştirakçılara “Öz karyeranı qur” mövzusunda, əmək bazarındakı mövcud imkanlar və karyera quruculuğu üzrə təlimatlar barədə geniş məlumat verilib.
Layihənin növbəti mərhələsində proqrama cəlb olunmuş namizədlərə peşə hazırlığı, karyera bələdçiliyi, həmçinin onların maraqlarına uyğun olaraq müvafiq texniki sahələr üzrə təlimlərin keçirilməsi, iş yarmarkalarının və görüşlərin keçirilməsi də nəzərdə tutulur.
![]()

![]()
![]()
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO







.jpg)
.jpg)

.jpg)














.jpg)


.jpg)








