Sosial
“Ölən şəxsin pensiya vəsaiti ailəsinə verilməlidir”
“Ölən şəxsin pensiya fonduna yığılmış vəsaiti ailə üzvlərinə verilməlidir”.
Publika.az xəbər verir ki, bunu deputat Arzuxan Əlizadə Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.
“Şəxs dünyasını dəyişirsə, onun pensiya fondunda yığılmış vəsaitinin vərəsəlik əsasında ailə üzvlərinə verilməsi qanunvericilikdə öz əksini tapmalıdır. Hazırda əmək müqaviləsi olan işləyənlərin, eləcə də reallıqda olduğundan aşağı əməkhaqqı fiksə olunmaqla bir çox hallarda əlavə ayırmalar olmasın deyə minimum əməkhaqqı göstərilməklə işləyənlərin sayı kifayət qədər çoxdur”.
Deputat qeyd edib ki, bir sıra sahələr üzrə mütəxəssislərin pensiyaya çıxmasında könüllülük prinsipi tətbiq olunmalıdır:
“Xüsusilə, 65 yaşlı həkim və müəllimlərin mütləq şəkildə pensiyaya çıxması şərtləndirilməli deyil. 65 yaşına çatmış müəllim və həkimlərin mövcud təcrübəsindən yararlanmaq əvəzinə, onları təqaüdə göndərmək nə dərəcədə faydalı və ədalətlidir?
Doğru olardı ki, müəllim və həkimlərə ən azından 70 yaşa qədər öz istəyi əsasında işləmək imkanı verilsin. Onsuz da bu kateqoriyadan olan şəxslər 70 yaşına qədər hər il müəssisə rəhbəri ilə bir illik müqavilə bağlamaqla işdə qala bilirlər. Bu amil özü də bir sıra neqativ hallara səbəb olur”, - deyə deputat bildirib.
-
ABŞ03:44Bizim İranın yaxınlığında böyük armadamız var - Tramp
-
İdman03:18Tarixə düşdü: Ronaldo və Benzemanın rekordlarını qırdı
-
ABŞ02:00ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı artdı
-
Qoroskop01:40Günün ulduz falı: Kiminləsə barışmaq üçün əla vaxtdır
-
İdman00:55“Qarabağ” İngiltərədədir - FOTO
-
Hadisə26 Yanvar 22:08Bakıda məhkəmə sədrinin oğlu arvadını bıçaqlayıb özünü binadan ATDI - FOTO
-
İdman26 Yanvar 21:26“Liverpul”la oyunda “Qarabağ”ın şansı nə qədərdir? - Beqoviç açıqladı
-
Sağlamlıq26 Yanvar 19:20Nə dərmanı var, nə peyvəndi - Ölümcül virus Azərbaycana da gələ bilər?






.jpg)



























