Sosial
Azərbaycanda elektron siqaret qadağası təsdiqləndi
Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsi qadağan edilib.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişikliyi təsdiqləyib.
Belə ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilib.
Elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər. Qızdırılan tütün məmulatı isə elektron siqaret hesab edilməyəcək.
Qızdırılan tütün məmulatı tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulatdır.
Bildirilib ki, anlayışların dəqiqləşdirilməsi və yeni anlayışların müəyyən olunması tütün məmulatlarının, o cümlədən qızdırılan tütün məmulatının, habelə elektron siqaretin hüquq tətbiqetmədə daha dəqiq təsnifləşdirilməsinə və diferensasiyasına imkan yaradacaq.
Eyni zamanda uyğunlaşdırma çərçivəsində Vergi Məcəlləsində, "Reklam haqqında" qanunda müvafiq dəyişikliklər edilib. Buraya "birdəfəlik istifadə üçün elektron siqaret"in və "elektron siqaretlər üçün maye"nin aksizli mallar siyahısından çıxarılması və bundan irəli gələrək vergi dərəcələrinin ləğvi, eyni zamanda reklamla bağlı qadağanın yeni anlayışlara uyğunlaşdırılması aiddir.
Qanun bu ilin aprelin 1-dən qüvvəyə minəcək.
-
ABŞ02:19İranın 10 bəndlik planı zibil qutusuna atıldı - ABŞ
-
Qoroskop01:40Günün ulduz falı: Gizli qalan bəzi məlumatlar üzə çıxacaq
-
Nida Təhlil 8 Aprel 23:55Hörmüzdə strateji oyun: İran əsas rıçağını saxlaya biləcəkmi?
-
İqtisadi gündəm8 Aprel 20:34Azərbaycanlı iş adamı milyonluq kompleks aldı
-
Region8 Aprel 19:30Güclü yağış Türkiyədə fəlakətə səbəb oldu: Ölənlər var - Foto
-
Hadisə8 Aprel 18:50Xəzərdə daha bir zəlzələ oldu
-
Kriminal8 Aprel 18:30Saxta generalın azyaşlıya işgəncə verən oğlu və sevgilisi ilə bağlı qərar - Foto
-
Dünya8 Aprel 16:59ABŞ-İran razılaşmasının qalibi bu ölkədir - 1922-ci ildəki Türkiyə kimi...














.jpg)
.jpg)





















