Sosial
Dövlət teatrlarında idarəetmə mexanizmləri təkmilləşdirilib - FOTOLAR
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib.
Publika.az xəbər verir ki, “Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib. Qəbul edilən dəyişikliklər ötən ildən başlayaraq teatr rəhbərlərinin, sahə üzrə ekspert və mütəxəssislərin, eləcə də aidiyyəti komissiyaların iştirakı ilə müzakirə olunub.
Yeni təsdiq edilmiş əsasnamələr teatrların fəaliyyətinin sistemləşdirilməsinə, idarəetmənin səmərəliliyinin artırılmasına və funksional vəzifələrin daha aydın şəkildə müəyyənləşdirilməsinə xidmət edir. Qəbul olunan qərarlar teatr müəssisələrinin dayanıqlı inkişafının təmin olunmasına, yaradıcı və inzibati fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə, həmçinin idarəetmə proseslərində şəffaflığın və ardıcıllığın gücləndirilməsinə yönəlib.
Eyni zamanda qeyd edək ki, yeni qəbul edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında teatr sənətinin inkişafı ilə bağlı mühüm strateji hədəflər müəyyən edilib. Bu çərçivədə teatr sahəsində hüquqi bazanın mərhələli şəkildə təkmilləşdirilməsi, o cümlədən teatr haqqında qanunvericiliyin yenilənməsi perspektivi Azərbaycan teatrının gələcək inkişafının və beynəlxalq mədəni mühitdə mövqeyinin gücləndirilməsinə xidmət edir.







-
Rəsmi xronika16:49Bu şəxslər 1000 manat cərimə olunacaq
-
Region16:46Futbol diplomatiyası: Lukaşenko İrəvana gələcək?
-
Rəsmi xronika16:24Prezident 4 fərman, 1 sərəncam imzaladı
-
Sosial16:22Bu tarixdə güclü günəş partlayışları gözlənilir
-
Nida Xəbər 15:25Generalın oğlu keçmiş sevgilisini təhdid edir - İDDİA
-
Səhiyyə14:48Dünyada dəhşətli virus yayılır - Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ
-
Dünya13:18Ukrayna müharibəsinin həlli: Rusiya əsas şərtini açıqladı
-
İqtisadi gündəm12:48Kərə yağı BAHALAŞDI - Yeni qiymətlər










.jpg)




























