Sosial
Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir
İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası çərçivəsində Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam etdirilir.
Bu barədə Publika.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, uzunluğu 80 km, torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı olmaqla II texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir.
Layihənin çətin relyefə malik dağlıq ərazidən keçən hissələrində torpaq yatağının genişləndirməsi üçün qaya tipli süxurların mexanizmlə kəsilməsi üsulundan istifadə olunur.
Yeni inşa edilən yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi aparılır. Layihə üzrə körpülərin və lazımi yerlərdə istinad divarının inşası da nəzərdə tutulub.
Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.
-
Nida Xəbər 12:30Zəngəzur dəhlizində tikinti başladı, ABŞ-dan reaksiya gəldi: Geniş türk dünyası ilə...
-
İdman12:24Dünyanın ən seksual futbolçusunun xəz paltoda cazibədar - FOTOLARI
-
İdman12:00"Sabah" - "Barselona" oyununda evlilik təklifi - VİDEO
-
Dünya11:18Siyasi strateq qiymətləndirdi: Ukraynadan nə qalacaq? – 2029-cu ilə qədər...
-
İdman10:30Dambrauskasla Pokatilov arasında mübahisə: Məşqçi qapıçını nədə ittiham edir? - VİDEO
-
Dünya10:00İran səssiz müharibə ilə üz-üzə: Ölkə qaranlığa qərq olub, 600 min insan...
-
Hadisə08:41Qazaxda partlayış baş verdi: Xəsarət alanlar var - Foto/Video
-
Dünya08:24Kosmosda nəhəng “beyin” yaradılır: “SpaceX”ə bir milyon peyk üçün icazə verildi























.jpg)















