Sosial
Evinin çıxarışı olmayanlara şad xəbər
Azərbaycanda fərdi yaşayış evlərinin çıxarışının olmaması bir çox sakinləri narahat edir. Bu məsələdə əsas problem torpağın təyinatından düzgün istifadə olunmamasıdır.
Publika.az baku.ws-ə istinadən bildirir ki, qanunvericiliyə görə, Azərbaycan Respublikasının torpaq fondu yeddi kateqoriyaya bölünür. Bunlardan yalnız birindi - yaşayış məntəqələri torpaqlarında fərdi evlərin tikilməsinə icazə var.
Lakin müxtəlif səbəblərdən vətəndaşlar digər təyinatlı torpaqlarda - kənd təsərrüfatı, meşə, sənayə və digər təyinatlı torpaqlarda evlər tikiblər. Həmin ərazilərdə inşa olunan fərdi yaşayış evləri məhz bu səbəbdən sənədləşdirilə bilmir. Eyi zamanda Xəzər dənizinin mühafiə zolağı, yüksək təzyiqli qaz xətləri və dəmir yollarının ərazilərində də həyət evlərinin tikilməsi halları baş verib. Bu evlərin də sənədləşdirilməsi vətəndaşlar üçün problemə çevrilib.
Digər tərəfdən qanunsuz əldə olunan torpaqlarda inşa edilən evləri də göstərmək olar. Heç bir hüquqi sənədi olmadan şifahi razılaşma ilə əldə olunan torpaqlarda inşa edilmiş bu evlərin də sənədləşdirilməsi açıq problem olaraq qalır.
"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov mövzu ilə bağlı bildirib ki, hazırda sənədsiz evlərlə bağlı dövlət xidmətində müəyyən işlər gedir və normativ tənzimləmə işləri görülür:
"Həyat və sağlamlıq üçün təhlükəli olmayan, vətəndaşların müvafiq icazələr almaqdan yayınaraq əksər inşa etdikləri evlərin müəyyən prosedurlardan keçərək sənədləşdirilməsi istiqamətində iş aparılır və bununla bağlı normativ sənəd hazırlanır. Ədliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər qurumlarla birgə işçi qrup yaradılıb. İşlər artıq tamamlanmaq üzrədir və qarşıdakı il vətəndaşlar daha dəqiq məlumatlar alacaqlar".
-
MDB18:3632 yaşlı azərbaycanlı Moskvada qəzada həlak oldu - FOTO
-
Dünya17:14Hamı Makronun taxdığı bu eynəyi alır - Rekord satış
-
Dünya16:56"Ərdoğanın evində böyümək atanı və ananı çox görməmək deməkdir"
-
Dünya15:25Nüvə sınaqlarının dəhşətli nəticəsi: 4 milyon insan vaxtından əvvəl ölüb
-
Rəsmi xronika14:52İlham Əliyev Davosda mərasimdə iştirak edir - CANLI
-
İdman13:53Elvin Cəfərquliyev yenə gündəmdə: Diktordan mikrafonu aldı və bu sözü qışqırdı - VİDEO
-
Dünya12:48Ərdoğanın bu sözləri Davosda gündəm oldu: Masada olmayanlar...
-
Sosial12:39Pensiya alanlara şad xəbər - Nazirlik məlumat yaydı























.jpg)












