Sosial
Fərid İran casusu ilə dəyişdirildi
İranda həbsdə olan tələbə Fərid Səfərlinin azad olunması xəbərindən sonra "Facebook" səhifələrində müəyyən xarici dairələr tərəfindən idarə olunan trol ordusunun anidən kütləvi paylaşımları ilə aktivləşməsi əksər sosial şəbəkə istifadəçilərinin və media qurumlarının diqqətindən qaçmayıb.
Publika.az Report-a istinadla xəbər verir ki, Fərid Səfərlinin vətənə qaytarıldığı barədə DTX və XİN-in birgə məlumatından sonra, mənbəyi bilinməyən və hər biri yeni yaradılmış çoxsaylı saxta profillər qeyd olunan xəbərin paylaşıldığı Facebook səhifələrini “eyni sözlər”dən ibarət şərhlərlə doldurmağa başladılar.
Şərhlərdə əsasən, “Fərid Səfərlinin casusluq etməsinə baxmayaraq, saxlanıldığı ölkədə ona xoş münasibət göstərildiyi, bununla belə layiq olmadığı halda Azərbaycana qaytarıldığı” bildirilir.
Qohumlarından əldə olunan məlumata əsasən, Almaniyada tələbə olan, getdiyi İranda 2 il həbsdə saxlanılmış Fərid Səfərli əvəzsiz qaydada deyil, Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilməklə və Azərbaycanın öz vətəndaşına verdiyi yüksək dəyərdən irəli gələrək qaytarılıb. Azərbaycan dövlət orqanlarının rəsmi məlumatında deyildiyi kimi, bu, qarşılıqlı prosedur çərçivəsində həyata keçib.
Odur ki, Azərbaycan mühitini tanımadan sosial şəbəkələrin Azərbaycan seqmentinə saysız trolları ilə ideoloji müdaxiləyə cəhd edən kəmfürsət yarımçıq texnoloqlar belə şərhləri ilə Azərbaycan xalqının gözündə nə qədər gülünc göründüklərini bilsələr yaxşıdır.
-
Rəsmi xronika17:38
İlham Əliyev Ərdoğana başsağlığı verdi
-
Sosial17:07
Nəzrinin ölümünə səbəb olan həkim saxlanıldı
-
Region16:28
Türkiyədə oteldə dəhşətli yanğın: 66 ölü, 51 yaralı - YENİLƏNDİ
-
Hadisə16:21
Bakıda məşhur iş adamı həbs olundu
-
Sosial15:54
Prezidentin köməkçiləri hansı universitetlərin məzunlarıdır? - FOTO
-
Hadisə15:08
Hərbçimiz vəfat etdi - FOTO
-
İdman14:12
Ən gözəl qadın futbolçu göz yaşı içində VİDEO paylaşdı
-
Cənubi Qafqaz13:59
Üç kənd qaytarılır, Azərbaycan bu yolla İrəvana nəzarət edəcək - DETALLAR