Sosial
FHN bu obyektlərdə monitorinq keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətləri daxilində ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
Publika.az xəbər verir ki, bu çərçivədə, DYNX tərəfindən qeyri-yaşayış obyektlərində propan qaz balonlarından istifadə ilə əlaqədar növbəti monitorinqlər keçirilb. Bakı şəhərinin Səbail və Yasamal rayonlarında keçirilən monitorinq zamanı bəzi qeyri-yaşayış obyektlərində yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olaraq insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə mənbəyi olan propan qaz balonlarından istifadə halları aşkar edilib.
Həyata keçirilən tədbirlər sayəsində təhlükə mənbəyi olan propan qaz balonları obyektlərin nümayəndələri tərəfindən kənarlaşdırılıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara, o cümlədən fiziki və hüquqi şəxslərə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır və xatırladır ki, bazar və yarmarkaların ərazisində, binaların zirzəmi və kürsü mərtəbələrində, o cümlədən həyətyanı sahələrdə propan qaz balonlarının saxlanılması və istifadəsi qadağandır.
-
MDB13:38Onun ölümü Putini sarsıtdı: "Rusiyaya sadiq insan idi!"
-
MDB13:26Benzindən sonra elektrik enerjisi böhranı yarandı - Krımda nə baş verir?
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Magazin212:06Ermənistanın məşhur xalq artisti xərçəngin qurbanı oldu
-
Hadisə11:47Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi - FOTO
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
-
Ekologiya08:55Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - Yaxın saatlarda...
-
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video
















.jpg)






.jpg)

.jpg)
.jpg)







