Sosial
“Baku Steel Company” və DOST Mərkəzi Şəhid oğlunun başına oyun açıb - FOTO
2023-cü ildə “Baku Steel Company”də işləyən Tural İbrahimovu şirkət 3 ay sonra, aprel ayında əsassız yerə işdən azad edib.
Publika.az xəbər verir ki, bunu Tribunainfo.az-a şəhid övladı Tural İbrahimovun özü bildirib.
O deyib ki, şirkətdən işdən çıxarılması ilə bağlı heç bir açıqlama verilməyib. “Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər. Sonra da ərizə yazdıraraq, öz xoşumla işdən azad etdilər”.
Qeyd edək ki, 1988-ci il təvəllüdlü Tural İbrahimov Laçın şəhərində anadan olub. Atası, baş Leytenant Zakir İbrahimov 1992-ci ildə Laçın şəhəri uğrunda gedən döyüşlərdə Şəhid olub.
2023-dən bəri işsiz qalan Tural İbrahimovun 6 aylıq körpəsi var. Sosial Müdafiə Fondu onu işsizdir deyə sosial müavinətdən məhrum edib. O bildirib ki, intihar həddində olsa da, körpəsinə görə, səbr edir.
Bildirək ki, Tural İbrahimov 650 bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub. Və Biznesin İdarə Edilməsi (MBA) üzrə magistr təhsili alıb. “Peşəkar fəaliyyətim risk, daxili nəzarət, audit və uyğunluq sahələrini əhatə edir. Müxtəlif maliyyə və sığorta təşkilatlarında çalışaraq əməliyyat risklərinin idarə edilməsi, AML (Anti-Money Laundering) nəzarəti, daxili nəzarət sistemlərinin qurulması və audit proseslərinin icrasında geniş təcrübə əldə etmişəm. Karyeram ərzində Dost Agentliyi, Cahan Sığorta Agentliyi, Bank Respublika, Azərbaycan Sənaye Bankı və digər təşkilatlarda müxtəlif rəhbər vəzifələrdə çalışmışam. İş təcrübəmin əsas istiqamətləri risklərin idarə edilməsi, uyğunluq siyasətlərinin formalaşdırılması, daxili nəzarət və audit sistemlərinin qurulması və tənzimləyici tələblərə uyğun fəaliyyətin təmin edilməsi olub.
Azərbaycan, rus, türk və ingilis dillərində sərbəst danışıram”.
Tural İbrahimov deyib ki, Dost Agentliyində ona “torba” tikiblər. “Əvvəlcə müddətsiz müqavilə bağlayıb, daha sonra onu 6 aylıq etdilər. Ardından yerimi dəyişib işdən çıxardılar. 2021-2023 cü ildə isə audit rəhbəri məni işdən çıxardıqdan bir saat sonra işə dəvət edib şiddət göstərdi”.
Şəhid övladı sonda onu da deyib ki, 2023-cü ildə Dost Agentliyi tərəfindən müqaviləsinə əsassız xitam verildikdən sonra bütün dövlət qurumlarına iş üçün müraciət edib. “Hələ də uyğun bir iş yeri tapa bilməmişəm”.
-
Region01:11İranda sükut yenidən pozuldu - Xəbərdarlıq atəşi açıldı
-
Avropa00:15Niderlandda azərbaycanlı gənc faciəvi şəkildə öldü
-
Magazin100:00Sabah Rəvan Qarayevin toyudur
-
Magazin128 May 21:48"Yalandan deyir ki, sənin adındır"
-
MDB28 May 21:36Lukaşenko süni intellektlə bağlı çağırış etdi - “Çin lideri dedi ki...”
-
Magazin128 May 20:00"Bağda gördüyüm ilanı öpüb tumarladım"
-
Ekologiya28 May 19:55Nazirlikdən XƏBƏRDARLIQ - Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun
-
Sosial28 May 19:12Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı







































