Sosial
Seldə həlak olanlardan biri sabiq deputatın bacısı oğludur
Xəbər verdiyimiz kimi, ötən gün Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində daşması nəticəsində 2 nəfər həlak olub.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, dünyasını dəyişən şəxslərdən 59 yaşlı Nurməmməd Qəhrəman oğlu Məmmədov Şirvan şəhər Bayramlı qəsəbə sakinidir. O, Milli Məclisin 6-cı çağırış deputatı İltizam Yusifovun bacısı oğludur.
Mərhum bu gün dəfn edilib.
Qeyd edək ki, İ.Yusifov uzun illər neftçıxarma sənayesində çalışıb. N.Məmmədov da “Siyəzən Oil” neft şirkətinin əməkdaşı olub. Onunla birlikdə iş yoldaşı, Salyan rayon sakini 63 yaşlı Etibar Hafiz oğlu Nağıyev dünən işə gedərkən selə düşərək vəfat ediblər.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.
-
İKT07:47“Yandeks” böyük “suveren” süni intellekt hazırladı
-
Ekologiya07:17Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
Magazin206:16Günayın tətil FOTOLARI
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın


































