Sosial
Bakıda ağacları kəsən tikinti şirkəti cəzalandırıldı
Bakıda ağacları kəsən tikinti şirkəti cəzalandırılıb.
Bu barədə Publika.az-a 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, İdarənin əməkdaşları nəzarət tədbirləri zamanı Nərimanov rayonu, İzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində "Ailə park" MTK tərəfindən aparılan söküntü işləri zamanı 15 ağac və kol bitkisinin kəsildiyini və təbiətə 13 min 380 manat məbləğində ziyan dəydiyini müəyyən edib.
İdarənin rəisi Qafar Ağayev bildirib ki, faktla bağlı akt tərtib olunub.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.
Kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün "Ailə park" MTK-ya tapşırıq verilib.
-
MDB15:27Kremldən Paşinyanın çıxışına reaksiya: Suverenliyini göstərmək istəyir!
-
Nida Xəbər 13:21Bəşəriyyət bu dəfə dəqiq üçüncü dünya müharibəsinə yaxındır - "The Guardian"
-
Ekologiya13:03Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
-
Magazin212:54Məşhur aktyor 4-cü dəfə ata oldu - FOTO
-
MDB10:50Qazaxıstanda abidələrə qarşı vandalizm - Cəzalar sərtləşdirilib
-
İdman09:10Maaşsız oynamağa hazır olsa da, ərəblər buraxmır
-
Avropa08:48Uitkoff və Kuşneri daşıyan təyyarə bu ölkəyə eniş etdi
-
Gözəllik08:24Bu ilin "Dünya gözəli" o oldu

































.png)




