Sosial
Xankəndidə möhtəşəm bayram konserti keçirildi - Foto
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətilə konsert keçirilib.
Publika.az xəbər verir ki, Mədəniyyət Nazirliyi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkil etdiyi konsert Xankəndi şəhərinin mərkəzi meydanında gerçəkləşib.
Əvvəlcə Xankəndi, Xocalı və Ağdərədə aparılan bərpa və yenidənqurma işləri, eləcə də vətəndaşların doğma yurdlarına qayıdışı ilə bağlı videoçarx nümayiş etdirilib.
Daha sonra tanınmış incəsənət nümayəndələri və Qarabağ Universiteti müəllimlərinin iştirakı ilə konsert proqramı təqdim olunub, bəstəkar və xalq mahnılarımız səsləndirilib.
Bayram konsertini TÜRKSOY-un baş katibi Sultan Raev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Mədəniyyət Nazirliyinin məsul əməkdaşları və şəhər sakinləri izləyiblər.
Bütün ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsert proqramının sonunda atəşfəşanlıq olub.
-
Magazin101:11Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər


































