Sosial
Azərbaycanlı iş adamından 5 prezidentə Xəzər təklifi - İki dənizi birləşdirək
Xəzər dənizinin su səviyyəsinin azalmasının həlli üzrə təşəbbüs irəli sürülüb.
Publika.az Globalinfo.az-a istinadla xəbər verir ki, təşəbbüsün müəllifi Əməkdar mühəndis, iş adamı Musa Süleymanovdur.
O, ADOG şirkəti və Zirə Beynəlxalq Limanı adından Xəzəryanı dövlətlərin rəhbərlərinə müraciət edib.
Müraciətdə deyilir:
“Hörmətli cənablar,
Azərbaycan və Xəzəryanı regionun tikinti və dəniz logistikası sektorlarında fəal iştirak edən ADOG şirkəti və Zirə Beynəlxalq Limanı adından sizə dərin hörmətimi bildirirəm.
Xəzər dənizinin su səviyyəsinin azalması artıq geri dönməz bir prosesə çevrilməkdədir və bu vəziyyət sahilyanı dövlətlərin iqtisadiyyatı, ekosistemi və təhlükəsizliyi üçün ciddi risklər yaradır. Problemin vacibliyini nəzərə alaraq, biz dənizin su balansının sabitləşdirilməsi məqsədilə konseptual təşəbbüsümüzü təqdim edirik.
Təklifimizin əsas məğzi:
– Qara dəniz (Gürcüstan və ya Rusiya sahili) ilə Xəzər dənizini birləşdirən böyük diametrli (10 metr) yeraltı tunelin tikilməsi.
– Qara dəniz səviyyəsinin Xəzərdən yüksək olmasından istifadə edilərək, suyun təbii qravitasiya üsulu ilə Xəzərə axıdılması (nasossuz).Ekoloji dayanıqlığın və biomüxtəlifliyin qorunması üçün layihənin bütün mərhələlərində müvafiq tədbirlərin görülməsi və monitorinq aparılması.
ADOG şirkəti bu layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün lazımi resursları səfərbər etməyə hazırdır.
Layihənin strateji əhəmiyyətini nəzərə alaraq, bu təşəbbüsün dövlət səviyyəsində nəzərdən keçirilməsini və səlahiyyətli dövlət orqanlarının ilkin məsləhətləşmələrə cəlb olunması üçün göstəriş verilməsini xahiş edirik. Sizin dəstəyiniz bu təşəbbüsün uğuru üçün həlledici olacaqdır.
Diqqətinizə görə təşəkkür edir, birgə əməkdaşlığa ümid edirik.
Hörmətlə, Musa Süleymanov,
Əməkdar mühəndis
ADOG şirkətinin və Zirə Beynəlxalq Limanının rəhbəri”
-
ABŞ13 Aprel 19:10Tramp İrana qarşı blokadanın qüvvəyə mindiyini elan etdi - Yaxınlaşsalar, dərhal məhv edəcəyik!
-
Ekologiya13 Aprel 18:50Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
-
Hadisə13 Aprel 18:10Böyük Mərdəkan qəsri çökdü - Foto
-
Sosial13 Aprel 17:29Xalq artisti vəfat etdi
-
Dünya13 Aprel 17:27Hörmüz böhranında yeni mərhələ: Neftin qiyməti 150 dollara çatacaq
-
Sosial13 Aprel 16:38Mehman Nəsibov yüksək vəzifəyə təyin edildi - FOTO
-
Sosial13 Aprel 15:03Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi - FOTO
-
İdman13 Aprel 14:24FIFA azarkeşləri aldadıb? - DÇ-2026-da bilet qalmaqalı

































