Sosial
Yeniyetmələrə qarşı zorakılıq edən kişiyə hökm oxundu
Bakıda tükürpədən cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Publika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, söhbət iki yeniyetməyə qarşı cinsi zorakılıq etməkdə ittiham olunan X.A-dan gedir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.A 19 il 11 ay 28 gün azadlıqdan məhrum edilib.
O, intihar həddinə çatdırma, seksual xarakterli zorakılıq hərəkətləri etmə və digər ağır maddələrlə təqsirli bilinib. Bu maddələrin sanksiyasının ən yuxarı həddi 20 ildir.
Qeyd edək ki, qonşuluqda yaşayan 55 yaşlı X.A. iki məktəblini yaşadığı evə işləmək üçün çağırıb. Sonradan uşaqların köməksiz vəziyyətindən istifadə edərək onlara qarşı seksual hərəkətlər edib.
Başına gətirilənlərə dözməyən yeniyetmələrdən biri özünü yaşadıqları evin həyətindəki taxta tirdən asıb. Onun asılmış meyitini məktəbdən qayıdan azyaşlı qardaşı görüb. Cinayətin üstü elə bu intihardan sonra açılıb.
-
Nida Xəbər 15:53Şəxsiyyət vəsiqəsi, pasport və sürücülük vəsiqəsi ilə bağlı YENİ QƏRAR
-
Nida Xəbər 15:08Prezidentin yüksək vəzifə verdiyi Aida Hüseyn kimdir? - DOSYE
-
Dünya14:43Bəşər Əsəd Moskvada kiminlə qonşudur? - Uşaqları şokdadır
-
Rəsmi xronika13:43İlham Əliyev sərəncam imzaladı
-
İdman13:06Qurban Qurbanov tənqidlərə reaksiya verdi - BU XALQIN NƏYİNDƏN İNCİYİM?
-
Sosial12:35Sabah qar yağacaq
-
İdman12:00Bu mükafat 15-ci dəfə Qurban Qurbanova təqdim olundu - FOTO
-
Sosial11:48DTX Balakənin sabiq başçısının rüşvət aldığı görüntüləri yaydı - VİDEO




































