MDB
Bu ölkə Ukraynaya qoşun göndərməyə hazırlıq üçün 268 milyon dollar ayırdı
Böyük Britaniya hökuməti atəşkəsdən sonra Britaniya qoşunlarının Ukraynada mümkün yerləşdirilməsinə hazırlıq üçün 200 milyon funt sterlinq (268 milyon dollar) ayırıb.
Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili Kiyevə səfəri zamanı açıqlayıb.
"Müdafiə naziri yanvarın 9-da bu il üçün 200 milyon funt sterlinq ayrıldığını təsdiqləyib. Həmin vəsait Ukraynaya çoxmillətli qüvvələrin mümkün yerləşdirilməsinə hazırlıqların maliyyələşdirilməsi üçün ayrılacaq", - Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı kommünikedə belə deyilir.
Vəsaitlər "nəqliyyat vasitələrinin, rabitə sistemlərinin təkmilləşdirilməsi, dron əleyhinə yeni imkanların tətbiqi və lazım gələrsə, qoşunların yerləşdirilməsinə hazırlıq məqsədilə əlavə personal mühafizəsi avadanlıqları" üçün istifadə olunacaq.
Nazirlik vurğulayıb ki, vəsait Müdafiə Nazirliyinin əsas büdcəsindən ayrılır və bu səylərin maliyyələşdirilməsi Böyük Britaniyanın müttəfiqlərinə və düşmənlərinə Londonun Ukraynaya çoxmillətli qüvvələr göndərmək niyyətində olduğunu nümayiş etdirmək məqsədi daşıyır.
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto






.jpg)





.jpg)
























