Sosial
Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlər başlandı
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlər başlanıb.
Publika.az xəbər verir ki, tədbirdə 50-yə yaxın media nümayəndəsi iştirak edir. Təlimə ölkənin tanınmış dilçi-alimləri, media üzrə mütəxəssisləri və ustad jurnalistlər cəlb olunublar.
Təlimin açılışında çıxış edən Teleradio Akademiyasının rektoru Almaz Mahmud bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışında, eləcə də yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində jurnalistlər qarşısında qoyduğu məsələlərdən irəli gələrək Teleradio Akademiyası həmin qərarı alıb: “Məqsəd mediada Azərbaycan dilinin qorunması məsələsinə xüsusi diqqət çəkmək, çatışmazlıqları həll etməkdir. Jurnalistika daim təkmilləşməyə ehtiyacı olan bir sahədir və bu baxımdan belə təlimlərin keçirilməsi vacibdir”.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli həmin təşəbbüsü yüksək qiymətləndirib. Azərbaycan dilinin ünsiyyət vasitəsi olmaqla yanaşı, milli kimliyimizin əsas dayaqlarından biri olduğunu diqqətə çatdırıb.
Məşhur diktor, Əməkdar artist Nərgiz Cəlilova vurğulayıb ki, Akademiyada dəfələrlə keçirilən təlimlər məhz qeyd olunan boşluqların aradan qaldırılmasına xidmət edir və həmin təşəbbüs yüksək dəyərləndirilməlidir. Nərgiz Cəlilova Azərbaycan dilinin qorunması istiqamətində atılan addımlara görə Teleradio Akademiyasına təşəkkür edib.
“Azərbaycan Televiziya və Radio Yayımları” QSC-nin sədr müavini Rafiq Həşimov isə Azərbaycan dilinin zənginliyinə diqqət çəkib. Ulu Öndər Heydər Əliyevin uzunmüddətli çıxışlarla auditoriyanı cəlb etmək bacarığını, Prezident İlham Əliyevin də bu ənənəni uğurla davam etdirdiyini xüsusi vurğulayıb. Əlavə edib ki, bu cür görüş və təlimlər media nümayəndələri üçün faydalı olacaq.
“Azərbaycan Televiziya və Radio Yayımları” QSC-nin sədr müavini İlhamə Hüseynova, Bakı Dövlət Universitetin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, “Azərbaycan Televiziya və Radio Yayımları” QSC-nin Xarici əlaqələr şöbəsinin rəhbəri Vüsalə Həbibova təlimdə çıxış edən iştirakçıların hər birinə uğurlar arzulayaraq bildiriblər ki, bu proqram onlar üçün uğurlu və faydalı nəticələrlə yadda qalacaq. Təlim peşəkar inkişaf baxımından iştirakçılara mühüm töhfə verəcək.
Təlim 3 ay davam edəcək. Proqramın sonunda nəticə monitorinqlər vasitəsilə dəqiqləşdiriləcək. Təlim prosesini başa vuranlara sertifikatlar veriləcək.
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI



































