Sosial
FHN Silahlı Qüvvələri Günü münasibətilə silsilə tədbirlər keçirdi
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edənlər qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə ordu quruculuğu, milli hərbi kadrların yetişdirilməsi məsələsini daim diqqətdə saxlayıb, bu istiqamətdə titanik fəaliyyət göstərib. Bu mütərəqqi siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd edilib ki, məhz Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi sayəsində torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən şanlı 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında keçirilmiş uğurlu antiterror tədbirləri Azərbaycan Silahlı Qüvvələrinin əsl gücünü göstərdi.
Tədbirlərin sonunda Azərbaycan Silahlı Qüvvələrinin tarixinə həsr olunmuş milli vətənpərvərlik ruhunda filmlər nümayiş olunub, bədii hissə təqdim edilib.
-
Hadisə20:48Azərbaycanda hakim dəhşətli yol qəzasında öldü - FOTO
-
Region20:24Türkiyə rəsmən açıqladı: İstanbul-İrəvan-İstanbul uçuşları bu tarixdən başlayır
-
MDB20:00Paşinyan Putin ilə görüşündə Azərbaycanla sülhdən danışdı - YENİLƏNDİ
-
Magazin118:40Röya Şəbnəm Tovuzlunu səhnədən qovdu - VİDEO
-
Rəsmi xronika17:00ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 16:10Azərbaycan benzini sabahdan Ermənistanda satışa çıxarılacaq: Bu qiymətə
-
Region16:03İŞİD Türkiyəni hədələdi: Yaxın günlərdə bu şəhərlərdə terror törədiləcək
-
Maraq dünyası14:54Gənc qadınla evlənən 87 yaşlı məşhurun oğlu oldu: Əvvəlki övladları ilə... - FOTO












.jpg)












