Sosial
Bu təşəbbüs ölkəmizin gələcəyi üçün uğurlu və faydalı olacaq - Fatma Yıldırım
Bu gün cənab Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunması böyük əhəmiyyət kəsb edən mühüm qərardır. Bu təşəbbüs ölkəmizin şəhərsalma sahəsində strateji inkişafına verilən yüksək önəmin təzahürüdür və gələcək nəsillər üçün daha müasir, komfortlu və davamlı yaşayış mühitlərinin yaradılmasına zəmin hazırlayır.
Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan həm regionda, həm də dünya miqyasında şəhərsalma və memarlıq sahəsində nümunəvi təcrübələrə imza atır. Bu istiqamətdə ölkəmizdə aparılan islahatlar, abadlıq-quruculuq işləri və memarlıq incilərimizin qorunub saxlanması böyük önəm daşıyır.
Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgəsində abidələrimizin bərpası və qorunması milli irsimizin yaşadılması üçün vacib addımlardandır. 2026-cı il çərçivəsində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Azərbaycanda təşkil olunması isə ölkəmizin şəhərsalma sahəsində beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.
Bu forum dünya şəhərsalma trendlərinin, innovativ həllərin və təcrübələrin paylaşılması üçün əhəmiyyətli platforma olacaq. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan şəhərsalma və memarlıq sahəsində davamlı inkişaf yolunu seçərək, həm tarixi-mədəni irsimizi qoruyur, həm də gələcək üçün müasir şəhər mühiti yaradır. Bu təşəbbüsün ölkəmizin gələcəyi üçün uğurlu və faydalı olacağına əminliklə inanıram.
Fatma Yıldırım
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq












.jpg)

























