Sosial
Bu xəstəliyi olanlar hərbi xidmətə aparılmır
Talessemiya və digər qanyaradıcı sistem xəstəliklərindən əziyyət çəkən şəxslərin hərbi xidmətə yararlılığı tez-tez gündəmə gəlir. Bəs belə hallarda onların xidmətə cəlb olunub-olunmaması hansı meyarlara əsasən müəyyən edilir?
Publika.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavab verib. O bildirib ki, eritrosit membran anomaliyaları (mikrosferositoz və s.), hüceyrədaxili enzim çatışmazlığı, homoziqot və ikiqat heteroziqot hemoqlobinopatiyalar zamanı şəhadətləndirmə aparılır:
"Bu xəstəliklər hemolitik anemiyalarla müşayiət olunduqda və tibbi sənədlərlə təsdiq edildikdə, qanyaradıcı sistemin pozulma dərəcəsi nəzərə alınır. Qərar isə Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiqlənmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin I qrafasında göstərilən "a", "b" və "c" yarımbəndlərinə uyğun olaraq qəbul edilir".
Qeyd edək ki, Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə əsasən, xəstəliklərdən əziyyət çəkən şəxslərin hərbi xidmətə yararlılığı xəstəliyin növü və dərəcəsindən asılı olaraq müəyyən edilir. Ağır hallarda və daimi xarakterli pozuntularda çağırışçılar hərbi xidmətə yararsız hesab edilir, yüngül hallarda isə "məhdud yararlı" kimi qərar verilə bilər.
-
Nəqliyyat06:16150 manat cərimə oluna bilərsiz - Sürücülərin diqqətinə!
-
Region03:4440-dan çox təyyarə başqa hava limanlarına yönləndirildi - İstanbulda nə baş verir?
-
Qoroskop00:45Günün ulduz falı: Bunu etsəniz, işləriniz rahatlıqla yoluna düşəcək
-
Kriminal14 Oktyabr 23:05Bakıda məktəbə hücum: Mühafizəçini xəstəxanalıq etdilər
-
Magazin214 Oktyabr 21:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin114 Oktyabr 20:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial14 Oktyabr 19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 14 Oktyabr 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı




































