Sosial
Daha dörd şəhid dəfn olunacaq - FOTO
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhid dəfn olunacaq.
Publika.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
İtkin-şəhidlərin hər dördü də hərbçidir. Onlar Vəliyev Murad Məlikməmməd oğlu, Abdullayev Cəlal Xankişi oğlu, Zərbəliyev Ayaz Əsgəralı oğlu, Qayıbov Vəkil Möylan oğludur.
M. Vəliyevin nəşinin qalıqları sabah saat 15:30-da Quba rayonu Nütəh kənd qəbiristanlığında, C.Abdullayev saat 12:00-da Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinin qəbiristanlığında, A.Zərəbəliyev saat 14:00-da Göyçay şəhəri, Şəhidlər Xiyabanında, V.Qayıbov saat 15:00-da Qəbələ rayonu, Qəmərvan kənd qəbiristanlığında dəfn ediləcək.
-
Magazin222:18Haluk Levent reanimasiyaya yerləşdirildi
-
İqtisadi gündəm21:51Azərbaycan-İran sərhədi ilə bağlı yeni qərar
-
Hadisə21:00Azərbaycanda yas mərasimində kütləvi zəhərlənmə baş verdi
-
Magazin120:00300-dən çox sevgi məktubunu saxlamışdım, indi də yaraşığım qalıb... - Xalq artisti
-
Sosial18:50Gürcüstana gedənlərin diqqətinə - 12 manatlıq sığorta nələri qarşılayır?
-
Sosial16:49Qubada Vətən Müharibəsi abidəsi baxımsız vəziyyətdədir - İcra hakimiyyəti isə deyir ki... - Fotolar
-
Cənubi Qafqaz16:16Paşinyanın qəribə davranışı gündəm oldu - VİDEO
-
Sosial15:03Bakı-Tbilisi qatarının qiyməti açıqlandı - Rəsmi




































