Sosial
Qubada Vətən Müharibəsi abidəsi baxımsız vəziyyətdədir - İcra hakimiyyəti isə deyir ki... - Fotolar
Quba rayonunun İkinci Nügədi kəndində Böyük Vətən müharibəsi və Qarabağ döyüşlərində həlak olmuş, eləcə də itkin düşmüş şəxslərin xatirəsinə ucaldılmış abidənin baxımsız vəziyyətdə olduğu iddia edilir.
Bununla bağlı kənd sakinləri tərəfindən Publika.az-a şikayət daxil olub.
Şikayətə görə, abidənin yerləşdiyi ərazidə bərpa və təmizlik işləri vaxtında aparılmır. Kənd sakinləri bu vəziyyətdən narazı olduqlarını bildiriblər.
Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Asəf Şirinov ilə əlaqə saxladıq. O, səsləndirilən iddiaları təkzib etdi.
Onun sözlərinə görə, abidənin yerləşdiyi təxminən 6-10 sot ərazidə mütəmadi olaraq təmizlik və baxım işləri aparılır.
Qeyd edək ki, redaksiyamıza təqdim olunan fotolarda abidənin yerləşdiyi ərazinin baxımsız olduğu, təmizlik və abadlıq işlərinin aparılmadığı diqqət çəkir. Buna baxmayaraq, Quba Rayon İcra Hakimiyyəti iddiaları qəbul etmir və abidənin mütəmadi olaraq baxımının həyata keçirildiyini bildirir.
Redaksiyamıza göndərilən və vəziyyəti əks etdirən həmin fotoları təqdim edirik.
Müəllif: Roza Şəfiyeva
-
Hadisə00:27Abşeronda yaşayış kompleksində partlayış - Sakinlər təxliyə edilir
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika27 İyul 13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək













.jpg)
.jpg)


















