Sosial
Qayda pozdu ağır qəza törətdi - VİDEO
20 sentyabr 2025-ci il tarixdə saat 23:00 radələrində Hacıqabul–Horadiz yolunun Sabirabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"İlkin araşdırma zamanı müəyyən edilib ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü 2.4 “Yol ver” nişanının tələbini pozaraq köməkçi yoldan əsas yola anidən daxil olmuş və bu zaman hərəkətdə olan “Mersedes” markalı yük avtomobili ilə toqquşub.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, sürücülər yolda hərəkət intensivliyinin yüksək olub-olmamasından və günün istənilən saatından asılı olmayaraq, yol nişanlarının tələblərinə mütləq riayət etməli, köməkçi yoldan əsas yola daxil olarkən isə yalnız hərəkətin tam təhlükəsiz olduğuna əmin olduqdan sonra hərəkətə başlamalıdırlar.
Unutmayaq ki, bu qaydaların pozulması qəfil toqquşmalara və bir çox hallarda ağır nəticələrə səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərin diqqətinə çatdırır ki, yol nişanlarının tələblərinə əməl etmək və sükan arxasında məsuliyyətli davranmaq yollarda təhlükəsizliyin əsas təminatıdır", - məlumatda qeyd olunub.
-
Nəqliyyat19:50Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama
-
Hadisə19:408 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - Foto
-
Rəsmi xronika18:10İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Foto/Video/Yeniləndi
-
Dünya17:26İrandan qeyri-adi QƏRAR: Tramp və Netanyahunu öldürən mükafatlandırılacaq
-
Sosial17:01İlham Əliyev Can Quoçini qəbul etdi
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı



































.jpg)


